Qazaxda cüdo məşqçiləri üçün seminar keçirilib
Qazax Olimpiya İdman Kompleksində qərb bölgəsindən olan cüdo məşqçiləri üçün seminar təşkil olunub.

Seminar Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, beynəlxalq dərəcəli “B” kateqoriyalı hakimlər Arzu Acalova və Məhəmmədəli Quluzadə tərəfindən təşkil edilib. Seminarda xüsusi olaraq cüdoçuların cərimə olunacağı hallara diqqət yetirilərək bununla bağlı ətraflı məlumat verilib.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar hakimlər tərəfindən cavablandırılıb. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.

Xəbər 317 dəfə oxundu.