Stolüstü tennisçilərimiz “Eurotalents selection camp” toplanışında iştirak edəcəklər
Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında iştirak edəcəklər.

istedadlı idmançıların seçim xarakterli final toplanışında milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarıqlarını göstərəcəklər. Sloveniya sınağında etimadı doğruldacaq idmançılar Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq beynəlxalq federasiyanın növbəti toplanışlarına qatılmaq hüququ qazanacaqlar.

Qeyd edək ki, bu gün start veriləcək toplanışa oktyabrın 23-də yekun vurulacaq.

Xəbər 272 dəfə oxundu.