Dünya çempionatı: Gövhər Beydullayeva liderliyini davam etdirir
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında altıncı turun oyunları keçirilib.

Turnirdə liderlik edən qadın şahmatçımız Gövhər Beydullayeva növbəti qələbəsini qazanaraq aktivinə 1 xal da əlavə edib. Qadınların yarışında mübarizə aparan komandamızın daha bir üzvü - Ləman Hacıyeva da turu qələbə ilə başa vurub. Kişilər arasında isə Məhəmməd Muradlı növbəti turda qələbə qazanıb, Abdulla Qədimbəylinin oyunu heç-heçə ilə başa çatıb.

Ötən turların nəticəsinə görə, G.Beydullayeva 5,5 xalla birinci yerdədir. A.Qədimbəyli 4,5 xalla 5-ci, L.Hacıyeva 4 xalla 18-ci, M.Muradlı 3 xalla 67-ci pillədədir.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.

Xəbər 236 dəfə oxundu.