Taekvondo üzrə məşqçimiz Cənubi Koreyada beynəlxalq sertifikata layiq görülüb
Azərbaycanlı taekvondo məşqçisi Tural Vəlibəyov beynəlxalq sertifikata layiq görülüb.

“Uhud” klubunun çalışdırıcısı Cənubi Koreyada Mədəniyyət, İdman və Turizm Nazirliyi ilə Kukkivon Taekvondo Tədris Mərkəzi tərəfindən təşkil olunan təkmilləşdirmə kurslarını uğurla başa vurub.

O, Mujudada baş tutan seminarda beynəlxalq sertifikata layiq görülüb. T.Vəlibəyov 43 nəfər arasında fərqlənən 7 mütəxəssis sırasında yer alıb. Həmyerlimizə sertifikatı tədris mərkəzinin prezidenti Li Donq Sup təqdim edib.

Qeyd edək ki, kurslarda “Ümid” taekvondo klubunun, həmçinin aşağı yaş qrupu üzrə yeniyetmələrdən ibarət millinin baş məşqçisi İlkin Şahbazov və DGK İSM-in məşqçi-müəllimi Müqabil Məmmədov da iştirak ediblər.

Xəbər 258 dəfə oxundu.