Taekvondoçularımız Niderlandda 7 medal qazanıblar
Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçirilib.

40-dək ölkədən 800 idmançının qatıldığı G2 kateqoriyalı yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.

Kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçumuzdan 7-si fəxri kürsüyə yüksəlib.

Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qızıl medala sahib olublar. Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) üçüncü yeri tutublar.

Beləliklə, yığmamız açıq Niderland çempionatını 3 qızıl və 4 bürünc medalla başa vurub.

Xəbər 237 dəfə oxundu.