Azərbaycan Basketbol Liqasında ilk turun oyunları yekunlaşıb
Azərbaycan Basketbol Liqasında ilk turun oyunları yekunlaşıb.

İkikinci oyun gününün ilk qarşılaşması "AAAF Xırdalan BK" - "Neftçi İK" komandaları arasında keçirilib. Bu oyunda 77-80 hesabı ilə "Neftçi İK" komandası qalib gəlib. Görüşün ən məhsuldar oyunçuları "AAAF Xırdalan BK" -da Devin Pullum - 27 xal, "Neftçi İK" -da isə Mohsen Moradxani - 21 xal seçiliblər.

İkinci qarşılaşma "Gəncə BK" - "Olimpik Şəki BK" komandaları arasında baş tutub. Gəncə basketbolçuları 85-69 hesabı ilə rəqibinə qalib gəliblər.

Ən məhsuldar oyunçular:

"Gəncə BK" - Abdulay Bundu ( 20 xal )

"Olimpik Şəki BK" - Delvin Haf ( 26 xal )

Günün son oyunu "Sabah BK" - "Zirvə Astara BK" komandaları arasında baş tutdu. Bu oyunda "Sabah BK" 69-61 hesabı ilə qalib gəldi.

Ən məhsuldar oyunçular

"Sabah BK " - Udun Osakue 23 xal

"Zirvə Astara BK" - Zo Tyson 15 xal

Xəbər 304 dəfə oxundu.