Dünya çempionatı: Şahmatçılarımız liderliklərini davam etdirirlər
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.

Turniri davam etdirən şahmatçılarımız Gövhər Beydullayeva (4,5 xal) beşinci turda qələbə qazanıb, Abdulla Qədimbəylinin (4 xal) oyunu isə heç-heçə ilə başa çatıb. Komandamızın digər üzvləri - Ləman Hacıyeva daha bir qələbə qazanaraq xallarının sayını 3-ə çatdırıb, Məhəmməd Muradlı isə məğlub olub. Onun aktivində 2 xal var.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.

Xəbər 310 dəfə oxundu.