“Mançester Siti” yarımmüdafiəçisi Fil Fodenlə müqaviləni yeniləyib
İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi Fil Fodenlə müqaviləni yeniləyib.

Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

İyirmi iki yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Foden “Mançester Siti”nin yetirməsidir. O, 17 yaşından əsas komandada oynamağa başlayıb. İngilis vinger indiyə qədər Mançester təmsilçisinin heyətində 182 matça çıxıb, 52 qol vurub, 36 məhsuldar ötürmə müəllifi olub, 11 titula sahib çıxıb. O, İngiltərə yığmasında 18 oyun keçirib və 2 qol vurub.

Xəbər 208 dəfə oxundu.