Balaxanı və Ramanadan olan gənclər arasında şahmat turniri keçiriləcək
Oktyabrın 16-da “Bakı Abadlıq Xidməti” şirkəti tərəfindən inşa edilmiş Ramana İdman Mərkəzində Balaxanı və Ramana kəndləri arasında şahmat turniri keçiriləcək.

Kəndlər arasında bu və digər tipli yarışların təşkilində məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların inkişafına təkan vermək, həmçinin paytaxtımızın digər kəndlərini də yarışmaya cəlb etməklə gələcəkdə daha iri miqyaslı turnirlərə hazırlaşmaqdır.

Yarış iştirakçıları 2 kateqoriya üzrə (10-15 yaş – A kateqoriya və 6-10 yaş – B kateqoriya) güclərini sınayacaqlar.

Yarışın sonunda qalib olan komandanın üzvləri hədiyyələr və sertifikatlarla təltif olunacaqlar.

FIDE (Beynəlxalq Şahmat Federasiyası) ustası Elşad Rzayev və ustalığa namizəd Babək Qasımov turnirin peşəkar səviyyədə gedişinə nəzarət edəcəklər.

Xəbər 203 dəfə oxundu.