Fanatlar yolunu azdı, bu dəfə UEFA "Neftçi"ni cəzalandırdı
UEFA-nın İntizam Komitəsi iyulun 17-də keçirilmiş "Neftçi" - "Zestafoni" matçı ilə bağlı qərarını açıqlayıb. İdman.comaz apasport.az-a istinadən xəbər verir ki, qərara əsasən komandamız cəzalandırılıb.

Qitə futbol qurumundan ünvanlanan məktubda cəzaya səbəb kimi "Neftçi" - "Zestafoni" matçının 21 və 62-ci dəqiqələrində azarkeşlərin 4 ədəd fişəng yandırması, eləcə də fanatların 75, 78 və 82-ci dəqiqələrdə meydançaya kağız rulon atması göstərilib.

Bu səbəbdən İntizam komitəsi müvafiq bəndləri əsas gətirərək, “ağ-qaralar”ı 20 min avro məbləğində cərimələyib.
Qeyd edək ki, "Neftçi" azarkeşləri hər matçda bu oyunu çıxarır və klub vəziyyəti hər dəfə fanatların çılğınlığını cərimə ödəməklə tənzimləyir. Bir sözlə, boş-boşuna pullar havaya sovrulur.

Xəbər 1075 dəfə oxundu.