Fransanın “Lans” komandasının baş məşqçisi Frank Heyzlə yeni müqavilə imzalanıb
Fransanın “Lans” komandasının baş məşqçisi Frank Heyzlə yeni müqavilə imzalanıb.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında müddəti 2027-ci ilin yayında başa çatacaq müqavilə imzalanıb.

Mütəxəssis 2020-ci ilin fevralından “Lans”a rəhbərlik edir. Fransadan olan 51 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 88 matça çıxarıb. Elita təmsilçisi bu görüşlərdə 40 qələbə qazanıb, 26 heç-heçə edib, 22 məğlubiyyətə üzülüb.

“Lans” bu mövsüm Liqa 1-də 10 oyuna 21 xal toplayıb və 20 iştirakçı arasında 4-cü sırada qərarlaşıb.

Xəbər 200 dəfə oxundu.