Stolüstü tennisçimiz Çexiyada gümüş medal qazanıb
Çexiyanın Havirov şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlı təlim-məşq toplanışı və turnirə yekun vurulub.

Oktyabrın 9-dan 15-dək davam edən toplanışa 15 və 17 yaşadək idmançılar qatılıblar. Toplanışdan sonra keçirilən turnirdə ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil ediblər. Turnirin yalnız final görüşündə uduzan M.Nurmətova fəxri kürsünün ikinci pilləsində yer alıb, Adil Əhmədzadə isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, yarışda Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri mübarizə aparıblar.

Xəbər 420 dəfə oxundu.