“Gimnastika hamı üçün” layihəsi çərçivəsində Nərimanov rayonunda turnir keçiriləcək
Oktyabrın 16-da ABAD məhəllədə (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 37) Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gimnastika hamı üçün” layihəsi çərçivəsində növbəti turnir keçiriləcək.

əyləncəli idman tədbirinin təşkilində məqsəd kütlə arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

İstənilən yaş kateqoriyasından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi ilə keçiriləcək proqrama kütləvi şəkildə qoşularaq isinmə və gimnastika hərəkətlərini yerinə yetirə bilərlər.

Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Tədbirdə iştirak etmək istəyən uşaq, yeniyetmə və gənclər https://chat.whatsapp.com/FkRxypnWX257S23itWfLlW link vasitəsi ilə ad, soyadlarını, təvəllüdlərini, təhsil aldığı müəssisəni yazaraq qeydiyyatdan keçə bilərlər.

Xəbər 273 dəfə oxundu.