“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə mübarizə aparacaq
Bu gün “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsinə start veriləcək.

“Aimchess Rapid” adlanan mərhələ yarışının birinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə mübarizə aparacaq.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.

Xəbər 205 dəfə oxundu.