“Qarabağ” - “Olimpiakos” oyunu başlayıb
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstan “Olimpiakos” klubunu qəbul edir.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alıblar.

“Olimpiakos”un heyətində isə meydana Aleksandros Pasxalakis, Şime Vrsalko, Andreas Buxalakis, Pyer Kunde, Sokratis Papastatopulos, Marius Vrusai, Hvan İy Co, Pep Biel, Oleq Ryabçuk, Abubakar Kamara və Andreas-Rixardos Ntoi çıxıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

“Qarabağ” G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir.

Qrupun digər görüşündə 9 xala malik Almaniyanın “Frayburq” klubu Fransada “Nant” komandasının qonağı olacaq. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.

Xəbər 260 dəfə oxundu.