Şahmatçılarımız dünya çempionatında maksimum xalla irəliləyirlər
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.

Yarışda ölkəmizi təmsil edən Abdulla Qədimbəyli, Gövhər Beydullayeva ikinci turda da uğurla çıxış edərək qələbə qazanıblar. Hər iki şahmatçımızın aktivində iki xal var.

Ötən turda məğlub olan Məhəmməd Muradlı isə ikinci turda rəqibinə qalib gələrək aktivinə bir xal yazdırıb. Ləman Hacıyeva isə hər iki turda məğlub olub.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.

Xəbər 195 dəfə oxundu.