Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun təyinatları açıqlanıb.

Şamaxı şəhər stadionunda oktyabrın 14-də keçiriləcək “Şamaxı” – “Qəbələ” oyununda baş hakim Rauf Allahverdiyev olacaq.

Oktyabrın 15-də Tovuz şəhər stadionunda təşkil ediləcək “Turan Tovuz” – “Səbail” qarşılaşmasını baş hakim Kamal Umudlu, “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Zirə” oyununu isə baş hakim Elçin Məsiyev idarə edəcək.

Bir gün sonra Gəncə şəhər stadionundakı “Kəpəz” – “Neftçi” matçında Tural Qurbanov baş hakim funksiyasını yerinə yetirəcək. Həmin gün “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Sumqayıt” matçında baş hakim Əliyar Ağayev olacaq.

Xəbər 198 dəfə oxundu.