Taekvondoçularımız açıq Niderland çempionatında mübarizə aparacaqlar
Oktyabrın 15-də Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı start götürəcək.

G2 kateqoriyalı yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Ölkəmiz yarışda kişilərdən ibarət yığmanın məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçu ilə təmsil olunacaq. Yarışda dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Sona Ağayeva (49 kq) çıxacaqlar.

Qeyd edək ki, Niderlanda bu gün yollanan komanda oktyabrın 16-da Vətənə qayıdacaq.

Xəbər 254 dəfə oxundu.