Yığma komandamız ağır atletika üzrə Avropa birinciliyində iştirak edəcək
Oktyabrın 15-dən 25-dək Albaniyanın Durres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Belə ki, 20 yaşadək (U-20) idmançıların yarışında təmsilçilərimiz Tehran Məmmədov (61 kq), Ravin Alməmmədov (67 kq), Ömər Cavadov və Murad Əliyev (hər ikisi 73 kq), Tarmenxan Babayev (96 kq), Əli Şükürlü (109 kq), Rəhman Kazımov (109 kq) iştirak edəcəklər. İsa Rüstəmov (67 kq), Füqan Əliyev (81 kq) isə 23 yaşadək (U-23) idmançılar arasında mübarizə aparacaqlar.

Avropa birinciliyində, ümumilikdə 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.

Xəbər 311 dəfə oxundu.