Sabah Monteneqroda boks üzrə Avropa çempionatı start götürəcək
Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Doqquz gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaqlar.

Qeyd edək ki, Avropa çempionatının püşkü bu gün atılacaq.

Xəbər 235 dəfə oxundu.