“Bavariya” klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib
Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə turnirin rekorduna imza atıb.

Almaniya klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 11 oyunda qalib gəlib.

Əvvəllər turnirdə iştirak edən komandaların heç biri belə nailiyyət əldə edə bilməyib.

Belə ki, oktyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununda “Bavariya” Çexiyanın “Viktoriya Plzen” klubunu 4:2 hesabı ilə məğlub edib. Yulian Nagelsmanın komandasının heyətində Leon Goretska dubla, Sadio Mane və Tomas Müller hərəyə bir qola imza atıblar.

“Bavariya” 4 oyundan sonra 12 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. O, beşinci turda “Barselona” ilə qarşılaşacaq.

Xəbər 210 dəfə oxundu.