Superliqa klubu müdafiəçisi ilə müqaviləni yeniləyib
Türkiyənin “Başakşəhər” klubu sağ cinah müdafiəçisi Ömər Ali Şahinərlə yeni müqavilə bağlayıb.

Bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Otuz yaşlı futbolçu ilə 1+1 illik yeni sözləşmə imzalanıb.

Müdafiəçi 2021-ci ilin yanvarından “Başakşəhər”in uğurları üçün çalışır. O, komandanın heyətində 53 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər 501 dəfə oxundu.