UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Bu ada İngiltərənin “Liverpul” klubundan Roberto Firmino, İsrailin “Makkabi” (Hayfa) komandasından Omer Atsili, “Büregge”dən (Belçika) qapıçı Simon Minyole və İngiltərə "Tottenhem"indən Son Hın Min iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Xəbər 187 dəfə oxundu.