Çempionlar Liqası: Qrup mərhələsində dördüncü tura yekun vurulub
UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü tura yekun vurulub.

A qrupunda "Napoli" İtaliyada Niderland "Ayaks"ını məğlub edərək sona 2 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdirib. İngiltərə "Liverpul"u isə Şotlandiyada "Reyncers"i 7:1 hesabı ilə darmadağın edib.

B qrupunda Portuqaliya "Portu"su Almaniyada "Bayer"in qapısından 3 cavabsız top keçirib. İspaniya "Atletiko"su isə Belçika "Brügge"si ilə heç-heçəyə razılaşıb.

C qrupunda Almaniya "Bavariya"sı Çexiyada "Viktoriya" (Plzen) komandasını məğlub edərək adını səkkizdəbir finala yazdırıb. Bu qrupun digər matçında isə İtaliya "İnter"i İspaniyada "Barselona" ilə sülhə razılaşıb.

D qrupunda isə "Tottenhem" İngiltərədə Almaniya "Ayntraxt"ına, Fransa "Marsel"i isə Portuqaliyada "Sportinq"ə qalib gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

12 oktyabr

A qrupu

"Napoli" (İtaliya) - "Ayaks" (Niderland) - 4:2

Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen - Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)

"Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə) - 1:7

Qollar: Skott Arfild, 17 - Roberto Firmino, 24; 55. Darvin Nunyes, 66, Məhəmməd Salah, 76; 80; 81. Harvi Elliott, 87

B qrupu

"Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika) - 0:0

"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya) - 0:3

Qollar: Qaleno, 6. Mehdi Taremi, 53 (penalti), 64 (penalti)

C qrupu

"Viktoriya" (Plzen, Çexiya) - "Bavariya" (Almaniya) - 2:4

Qollar: Adam Vlkanova, 62. Yan Kliment, 75 - Sadio Mane, 10. Tomas Müller, 14. Leon Qoretska, 25; 35

"Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 3:3

Qollar: Usman Dembele, 40. Robert Levandovski, 82; 90+2 - Nikola Barella, 50. Lautaro Martines, 63. Robin Qosens, 89

D qrupu

"Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya) - 3:2

Qollar: Hın Min Son, 20; 36. Harri Keyn, 28 (penalti) - Daiti Kamada, 14. Faride Alidu, 87

"Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) - 0:2

Qollar: Matteo Genduzi, 20 (penalti). Aleksis Sançes, 30

Qeyd edək ki, İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti", İtaliyanın "Napoli", Belçikanın "Brügge" və Almaniyanın "Bavariya" komandaları pley-offa vəsiqə qazanıblar.

Xəbər 195 dəfə oxundu.