Azərbaycan və Özbəkistan Cüdo federasiyaları arasında anlaşma memorandumu imzalanıb
Azərbaycan Cüdo Federasiyası (ACF) ilə Özbəkistan Cüdo Federasiyası arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu Özbəkistan Cüdo Federasiyasının prezidenti Əzizcan Kamilov və ACF-nin vitse-prezidenti Elnur Məmmədli imzalayıblar.

Anlaşma memorandumunun əsas məqsədi cüdo sahəsində əməkdaşlıq vasitəsilə iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma və həmrəyliyin güclənməsinə töhfə vermək, dostluq münasibətlərini inkişaf etdirmək və birgə fəaliyyət quraraq ölkədə cüdonun inkişafına yönələn qarşılıqlı faydalı nəticələrə nail olmaqdır.

Eyni zamanda, hər iki tərəf arasında idman tədqiqatları, idman tədbirlərinin təşkilinə dəstək göstərilməsi, tibbi əməkdaşlıq və digər sahələrdə də əməkdaşlığın qurulması əsas hədəflərdəndir

Xəbər 317 dəfə oxundu.