Paracüdo üzrə dünya çempionatının təşkilinə dəstək göstərəcək tələbə-könüllülərlə görüş olub
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) paracüdo üzrə dünya çempionatının təşkilinə dəstək göstərəcək tələbə-könüllülərlə görüş keçirilib.

Görüşdə dünya çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov da iştirak edib.

Görüş zamanı tələbə-könüllülərə görüləcək işlər barədə məlumat verilib. Tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, eləcə də mükafatlandırma mərasimi, tədbir məkanının təşkil olunması işlərində fəaliyyət göstərəcəklər.

Paracüdo üzrə dünya çempionatı noyabrın 8-10-da keçiriləcək.

Xəbər 236 dəfə oxundu.