Miçel Qonsales: Qələbə qazanmasaq, çətin olacaq
Bizim üçün həlledici matçdır. Qələbə qazanmasaq, çətin olacaq.

Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Ağdamın “Qarabağ” klubunun qonağı olacaq Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales oktyabrın 12-də təşkil olunan mətbuat konfransında deyib.

Heyətdə dəyişikliyin olacağını bildirən baş məşqçi ilk matçda 3 zədəli futbolçudan istifadə edə bilmədiyini deyib: “Qarşıdakı görüşləri də nəzərə alacağıq. Start heyətinə tam qərar verməmişəm. “Qarabağ” ilə ilk matçda 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Nəticə oyuna görə deyildi. İlk qoldan sonra özümüzü itirdik və hesab belə oldu.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Xəbər 201 dəfə oxundu.