İmişlidə şagirdlər üçün “Airsoft praktiki atəş” hərbi-simulyasiya təlimləri təşkil olunub
Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının (BDXHF) təşkilatçılığı ilə İmişlinin Rəsullu kənd tam orta məktəbində şagirdlər üçün “Airsoft praktiki atəş” hərbi-simulyasiya təlimləri keçirilib.

Rəsullu kənd tam orta məktəbinin direktoru Ozal Möhbalızadə və məktəbin hərbi rəhbəri Natiq Məmmədovun iştirakı ilə keçirilən tədbirdə məktəblilər silahla təhlükəsiz davranış qaydaları, nişan alma ilə tanış olub, pnevmatik “airsoft” tapançalardan hədəflərə yerində və hədəflərə hərəkətdə atəş açıblar.

Federasiyanın beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Şıxzadayev BDXHF-in 2014-cü ildən fəaliyyət göstərdiyini deyib, həyata keçirilən layihə və tədbirlər barədə məlumat verib.

Layihələr üzrə vitse-prezident Cəlal Axundov isə bu cür tədbirlərin təşkilinin vacibliyini diqqətə çatdırıb və gələcəkdə məktəblilər arasında bu istiqamətdə tədbirlərin sayının artırılacağını diqqətə çatdırıb.

BDXHF-in prezidenti, DİN-in İdman Cəmiyyətinin baş məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov tədbirin əsas təlimçisi olub.

Xəbər 194 dəfə oxundu.