UEFA “Qarabağ”ın futbolçusu Qara Qarayevi doğum günü münasibətilə təbrik edib
UEFA Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Qara Qarayevi doğum günü münasibətilə təbrik edib.

UEFA Avropa Liqasının rəsmi tviter səhifəsində bu gün 30 yaşı tamam olan yarımmüdafiəçinin fotosu paylaşılıb.

Postda təcrübəli oyunçunun “Qarabağ”ın əfsanəsi olduğu bildirilib.

Qeyd edək ki, futbolçu 2008-ci ildən "Qarabağ"da çıxış edir.

Xəbər 204 dəfə oxundu.