“Real Madrid” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb | |
İspaniyanın “Real Madrid” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Madrid təmsilçisi buna turnirin qrup mərhələsinin dördüncü turunda Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına qarşı keçirdikləri səfər oyununda (1:1) nail olub. İspaniya çempionu tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. “Real” iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır. Madrid təmsilçisi yalnız 1996/1997-ci il mövsümündə pley-offda iştirak edə bilməyib. Buna İspaniya nəhənginin həmin mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəb olub. |
|
Xəbər 191 dəfə oxundu. |
|
|