“Rubin” Rusiya Premyer Liqasında növbəti oyununu keçirib
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Rubin” Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. Kazan təmsilçisi “Kuban”ı qəbul edib.

Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Krasnodar klubunun qapısına qolu Bokketti vurub. Oyunun hakimi komandaların hərəsini bir qırmızı vərəqə ilə cəzalandırıb. Görüşün 34-cü dəqiqəsində “Kuban” heyətində Dealbert, 38-ci dəqiqədə isə “Neftçi” rəqibinin üzvü Töre hakiminin qəzəbınə tuş gəliblər.

Qeyd edək ki, “Rubin” 9 turdan sonra 15 xalla 7-ci yerdədir.

Xəbər 915 dəfə oxundu.