“Verona” klubu baş məşqçisi Qabriele Çoffi ilə yollarını ayırıb
İtaliyanın “Verona” futbol klubu baş məşqçisi Qabriele Çoffi ilə yollarını ayırıb.

Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qırx yeddi yaşlı mütəxəssisin istefasına komandanın bu mövsümdəki uğursuz çıxışı səbəb olub. “Verona” hazırda A seriyasında cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Qabriele Çoffi bu ilin yayından “Verona”nı çalışdırırdı.

Xəbər 202 dəfə oxundu.