“Zirə” klubu Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb
Bakının “Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Bakı təmsilçisi İssa İbrahim Cibrila ilə anlaşıb.

İyirmi yeddi yaşlı vingerlə 2,5 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, sözləşmə 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, Niger millisinin də üzvü olan İssa İbrahim Cibrilanın son klubu Türkiyənin “Keçiörengücü” komandası olub.

Xəbər 202 dəfə oxundu.