Türkiyə çempionatının I liqasında 4-cü turun oyunları keçirilib
Türkiyə çempionatının I liqasında 4-cü turun oyunları keçirilib. Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun çıxış etdiyi “Adana Dəmirspor” öz meydanında “Konyaspor”la qarşılaşıb. Yarımmüdafiəçimizin start heyətində meydana çıxdığı matçda qonaqlar qalib gəlib – 1:2. Qarşılaşmanın 8-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan Cavid fasilədə əvəzlənib. Türkiyə mətbuatı onun oyununu 4 xalla qiymətləndirib.

Xəbər 796 dəfə oxundu.