“Qarabağ” klubu UEFA Avropa Liqasının ən yaxşıları sırasında yer alıb
UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib.

ilk onluqda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Son 5 matçda qələbə qazanan Ağdam klubu birinci pillədə yer alıb.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. “Qarabağ” keçirdiyi son 5 qarşılaşmanın hamısında qələbə qazanıb.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 13-də Bakıda Yunanıstan “Olimpiakos” klubunu qəbul edəcək.

Xəbər 77 dəfə oxundu.