“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA tərəfindən yeni təyinat alıb
Bakının “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

O, Avstriyada "Austriya" (Vyana) və “Vilyarreal” (İspaniya) klubları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin dördüncü tur matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 13-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

O.Hüseynzadə 2017-2018-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.

Xəbər 180 dəfə oxundu.