Danışılmış oyunlarla bağlı seminar keçirilib
Mingəçevir şəhərində Birinci Divizionda mübarizə aparan “Mingəçevir” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici, hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda linkinə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərə bilərlər.

Xəbər 203 dəfə oxundu.