On yeddi yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatı üçün ilkin heyəti müəyyənləşib
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb.

Hazırlıq prosesinə Osman Hüseynov (“Riqa” Latviya), Sadiq Məmmədzadə (“Səbail”), Nahid Əliyev, Musa Məmmədov, Elton Mikayılov, Davud Mənsumov (hamısı “Qarabağ”), Hüseyn Hüseynov (“Turan Tovuz”), Taleh Mahmudzadə, Murad Məmmədov (hər ikisi “Neftçi”), Ceyhun Bağırzadə (“Gaziantep” Türkiyə), Hüseyn Hüseynli, Nihad Əhmədzadə, Sənan Muradlı (hamısı “Sumqayıt”), Məsud Əlişanlı (EFA), Əhməd Tarverdiyev, İlkin Cəfərli, Teymur Mirzəyev, Anar Hüseynov, Niyazi Osmanov (hamısı “Sabah”), İlkin Budaqov (“Qəbələ”), Əşrəf Ələkbərli (İUEGM), Mehdi Həşumov (“Qaradağ Lökbatan”) dəvət olunublar.

Millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 13-dən 20-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Bakı toplanışından sonra Avropa çempionatında iştirak edəcək yekun heyət müəyyənləşəcək.

Xəbər 211 dəfə oxundu.