Terim Rieranı hədələyib
«Qalatasaray»a keçən mövsüm böyük ümidlərlə transfer edilən, ancaq ümidləri doğrultmayan Albert Rieraya Fateh Terim son xəbərdarlığını edib. İdman.com.az saytının məlumatına görə, «Mançester Yunayted»lə matçın heyətində bəzi dəyişikliklərə getməsi gözlənilən baş məşqçinin ispan ulduzu yenə düşünməməsi Rieranın canını sıxıb. «İmperator»dan görüşmə tələb edən Riera, forma istədi ancaq təcrübəli məşqçi sərt bir cavabla qapını bağlayıb.

«Qalatasaray»da 18-lik matç heyətinə düşməkdə belə çətinlik çəkən 30 yaşlı ispan ulduzun yığmaların oyunları zamanı həyat yoldaşının doğumunu bəhanə edərək, komandayla çalışmaması və hazırlıq matçlarını qaçırmasına çox əsəbiləşən Terimin Rieraya «Formanı mən vermirəm, sən alacaqsan. Meydanda olmağın mənim əlimdə deyil, sənin əlindədi. Sən çalışmayıb bu cür davam etsən, komandada qalmağın belə qeyri-mümkündü» cavabını verib.

Terim 45 dəqiqə görüşdüyü ispan oyunçuya həm də «Səni böyük ümidlərlə aldım. Keçən mövsümü uyğunlaşma probleminə bağladım, amma səndə dəyişən bir şey yoxdur. Əgər müqaviləyə güvənib rahat hərəkət edirsənsə, biz də gərəyini edərik» deyə bildirilib.
Futbolunun qış transfer dövründə komandadan göndəriləcəyi gözlənilir.

Xəbər 844 dəfə oxundu.