Azərbaycanın voleybol hakimi Rumıniyada beynəlxalq oyunu idarə edəcək
Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov növbəti dəfə beynəlxalq təyinat alıb.

O Rumıniyada kişi voleybolçulardan ibarət “Arkada Qalati” və Bolqarıstanın “Hebar Pzardzik” komandaları arasında Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyununu idarə edəcək.

Zülfüqarov sloveniyalı baş hakim Blaz Markeljin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 12-də keçiriləcək.

Xəbər 261 dəfə oxundu.