Boks üzrə Azərbaycan milli komandası Monteneqroya yollanıb
Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək. Doqquz gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığmamızın baş məşqçisi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında çempionatda beş boksçumuz çıxış edəcək.

Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaqlar.

Bu gün səfərə yollanan komanda oktyabrın 23-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkü oktyabrın 13-də atılacaq.

Xəbər 233 dəfə oxundu.