AFFA-nın nümayəndələri Romada keçirilən UEFA seminarında iştirak ediblər
İtaliyanın paytaxtı Roma şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı mövzusunda seminar keçirilib.

Seminarda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, eləcə də Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak ediblər.

Seminarda ötən lisenziyalaşdırma mövsümünün icmalı, “Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” ilə bağlı yeni qaydalar, İtaliya peşəkar futbolunda klubların lisenziyalaşdırması və monitorinqi kimi mövzular müzakirə olunub.

Həmçinin Klubların Lisenziyalaşdırılması və Oyunçuların Qorunması, UEFA-nın Məşqçilik Konvensiyası və Məşqçilik Tələbləri, Futbolda Sosial Məsuliyyət/Futbol Dayanıqlığı, qadın futbolunun inkişafı və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 216 dəfə oxundu.