"Məhəllə-məhəlləyə" 3x3 futbol turnirinin qalibi bəlli olub
Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə "Məhəllə-məhəlləyə" 3x3 futbol turnirinin qalibi bəlli olub.

üç gün davam edən turnirdə 64 komanda mübarizə aparıb.

Turnirin final qarşılaşması "Loyal 89" və "Qartallar" komandaları arasında keçirilib. Peşəkar hakimlər tərəfindən idarə olunan final matçında “Qartallar” komandası qalib gəlib.

"Məhəllə-məhəlləyə" 3x3 futbol turniri Azərbaycan Gənclər Fondunun dəstəyi, IDEA Campaign və AFFA-nın tərəfdaşlığı ilə keçirilib.

Xəbər 335 dəfə oxundu.