“MDB sağlamlıq marafonu” çərçivəsində İsmayıllıda yarış təşkil olunub
“MDB sağlamlıq marafonu” çərçivəsində İsmayıllıda yarış təşkil edilib.

“Gəlin birlikdə qaçaq” şüarı ilə keçirilən yarışda 100-dən çox iştirakçı 5 kilometr məsafə qaçıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən turnirdə kişilər arasında ilk üç yeri müvafiq olaraq, Elman Abışov, Samir Hüseynov və Allahqulu Hüseynov tutublar.

Qadınlar arasında Anna Yusufova, Nəzrin Qəribova və Natalia Siyanova, veteranlar nominasiyasında isə Eldar Məmmədov, Ələkbər Hacıyev və Tarverdi Əliyev fərqləniblər.

Xəbər 202 dəfə oxundu.