Azərbaycan idmançısı sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb
Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb.

A finalda 17 idmançı ilə mübarizə aparan avarçəkənimizi dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05,86 saniyəyə finiş xəttinə çatan D.Dimçenko fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, D.Dimçenko 2018-ci və 2019-cu illərdə dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.

Xəbər 314 dəfə oxundu.