Vale tudo idman növü üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Balaxanı İdman Mərkəzində vale tudo idman növü üzrə paytaxt kuboku yarışları başa çatıb.

Yarışda 230 idmançı iştirak edib.

Bakı kuboku yarışında idmançılar uşaqlar (8-9 yaş), yeniyetmələr (10-11, 12-13 yaş), gənclər (14-15, 16-17 yaş) və böyüklər (18 yaşdan yuxarı) kateqoriyalarında güclərini sınayıblar.

Qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Xəbər 210 dəfə oxundu.