“Sumqayıt” klubu antirekordunu təkrarlayıb
“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasının birinci dövrəsində ən az qol vuran komanda olub. “Gənclik şəhəri” təmsilçisi 9 oyunda yalnız bir dəfə fərqlənib.

Bu, Azərbaycan çempionatlarının 30 illik tarixində müvafiq dövr üçün ən aşağı göstəricidir. Sumqayıt təmsilçisi 1996/1997-ci il mövsümündə qeydə alınan antirekordu təkrarlayıb.

İyirmi altı il əvvəl “Şəmkir” 9 matçda cəmi 1 qol vurub. Həmin vaxt 9 görüşdə xal da qazanmayan komanda texniki məğlubiyyəti top fərqində nəzərə almasaq 44 qol buraxıb.

Qeyd edək ki, 4 xala malik “Sumqayıt” 11 dəfə topu qapısında görüb.

Xəbər 242 dəfə oxundu.