Azərbaycan millisi Xorvatiya yığmasına minimal hesabla məğlub olub
On doqquz yaşadək qız futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün sonuncu oyununu keçirib.

Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Daha əvvəl Azərbaycan millisi Monteneqro (1:2) və Kipr (0:4) seçmələrinə məğlub olub.

Xəbər 220 dəfə oxundu.