“Kamp Nou” stadionunda Lionel Messinin heykəli ucaldılacaq
“Kamp Nou” stadionunda Lionel Messinin heykəli ucaldılacaq.

Bunu “Barselona” klubun prezidenti Joan Laporta bildirib.

Daha əvvəl dünya mətbuatında “Barselona” klubunun Messini yenidən heyətinə qatmaq istəməsi barədə məlumatlar yer almışdı.

Messi 2005-2021-ci illərdə “Barselona”nın heyətində çıxış edib. Bu müddət ərzində o, bütün yarışlarda 776 matç keçirib, 670 qol və 302 məhsuldar ötürmə edib.

2021-ci ildə Messi PSJ ilə müqavilə imzalayıb. Onun Fransa klubu ilə müqaviləsi 2023-cü ilədəkdir.

Xəbər 215 dəfə oxundu.