Kriştiano Ronaldo klub karyerası ərzində 700-cu qolunu vurub
“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo klub karyerası ərzində 700-cu qolunu vurub.

37 yaşlı hücumçu buna İngiltərə Premyer Liqasının 10-cu turunda “Everton”la görüşdə (2:1) imza atıb. Ronaldonun 700 qol vurması üçün 20 il 2 gün lazım olub.

Portuqaliyalı forvard 700 qoldan 450-ni "Real"da, 144-nü "Mançester Ynayted"də, 101-ni "Yuventus"da, 5-ni isə "Sportinq"də vurub.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinir. O, 2003-2006-ci illərdə də bu komandada oynayıb.

Xəbər 223 dəfə oxundu.